“Mənim hər zaman həyatda ən böyük arzum qız atası olmaq olub”.
Lent.az-ın məlumatına görə, bu sözləri müğənni Nadir Qafarzadə yeni “Qızım” adlı mahnısını təqdim edərkən deyib:
“Bir çoxlarına sirr deyil ki, mənim ilk övladım qız olub. Tale belə gətirdi ki, o sağ qalmadı. İllər keçsə də mənim gözüm elə uşaqda qaldı. Naşükürlük etmirəm. Allah o övladdan sonra mənə 2 oğul payı nəsib etdi. Allahımdan və övladlarımdan çox razıyam. Həyatda bütün arzular real olmur. Allah birini verəndə, birini alır. Belə bir deyim var ki, ataya qalan qız övladıdır. Amma indi mənim yenidən ata olmaq yaşım deyil. Nəvə oynatmaq istəyirəm. İnşallah gəlinim elə mənim qızım olacaq. Yeni təqdim etdiyim “Qızım” adlı mahnını da bütün qız övladlarının şərəfinə oxumuşam”.
Qeyd edək ki, “Qızım” adlı bəstənin sözləri Fikrət Qocaya, musiqisi Ramiz Mirişliyə məxsusdur.