Əməkdar artist Elza Seyidcahan qalmaqalda olduğu Xalq artisti Nazpəri Dostəliyeva barədə danışıb.
Lent.az-ın məlumatına görə, bəstəkar-müğənni “Hər şey daxil” verilişinin canlı efirinə zəng edib Manaf Ağayevə irad bildirəndə Xalq artistinin də ünvanına fikirlər səsləndirib:
“Manaf mənə kimisə məsəl çəkir (Nazpəri Dostəliyevanı nəzərdə tutur - red.) Xahiş edirəm, o insanla mənim adımı yanaşı çəkməyin. Çünki elə adamlarla adım hallananda xəcalət çəkirəm. Mən o insanın müəllimi olanda, o mənim ən pis tələbəm olub. Onda siz heç nağara da çalmırdınız. Sonra siz gəlib müğənni oldunuz”.