Cinsiyyət dəyişdirən  məşhurun son halı HAMINI ŞOKA SALDI - FOTO
14 sentyabr 2024 10:05 (UTC +04:00)

Cinsiyyət dəyişdirən məşhurun son halı HAMINI ŞOKA SALDI - FOTO

Müge Anlı, Hürrem Sultan və Ferhunde kimi personajları təqlid edərək şöhrət qazanan Melikhan Sağlam 2022-ci ildə İnstaqram hesabından verdiyi açıqlama ilə cinsiyyətini dəyişdiyini açıqlayıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, plastik əməliyyatla yenidən yaradılan fenomen son görünüşü ilə diqqət çəkib.

O, “Uzun müddətdir təxmin etdiyiniz kimi, cinsiyyət dəyişmə prosesində idim və nəhayət, bu prosesi tamamladım. Uşaqlıqdan fərqli olduğumu və içində olduğum bədənə aid olmadığımı hiss edirdim və bilirdim. Mən bu prosesi başa çatdırmaqla illər öncə güzgüyə baxan, özünü başqa cür təsəvvür edən Məlikxana borcumu ödəmişəm" - deyə açıqlamasında bildirib.

Bir müddət keçirdiyi plastik əməliyyatlar səbəbiylə sağalma prosesində olan fenomen, əməliyyatlardan sonra tez-tez görünüşünü dəyişib. Sarışın və ya qaraşın kimi görünən Melis özünü yenidən kəşf edib. Onu son halında görənləri təəccübləndirib.

Cins dəyişikliyindən sonra parodiya videolarının daha uğurlu olmaması ilə bağlı çoxlu tənqidlər də olub. Cinsiyyət dəyişikliyindən əvvəl hazırladığı parodiya videolarını artıq dərc etmir. O, daha çox sosial media hesablarında abunəçiləri üçün xüsusi məzmun hazırlayır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1206
avatar

Fidan İlqar

Oxşar yazılar