“Dostlar” serialının ulduzu, amerikalı aktrisa Cennifer Eniston tanınmış Hollivud aktyoru Pedro Paskal ilə görüşdə yaxalanıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, paparassilər cütlüyü Qərbi Hollivudda yerləşən restoranlardan birində görüblər. Aktyorlar axşam saat 20:00-dan sonra restorana ayrı-ayrılıqda gəliblər və birlikdə şam yeməyi yeyiblər. Cennifer Eniston cins şalvar, ağ köynək və jilet geyinib. Pedro Paskal isə dəri gödəkcə və açıq rəngli şalvar seçib. Kameralarla təmasdan çəkinməyə çalışsalar da, paparassilər onların söhbət etdikləri anı görüntüləməyi bacarıblar.
Ümumilikdə, Cennifer Eniston və Pedro Paskal restoranda təxminən üç saat vaxt keçiriblər. Saat 23:30-dan sonra isə restorandan ayrı-ayrılıqda çıxıblar.
Bununla belə, aktyorların pərəstişkarlarının onların arasında romantik münasibət başladığı ilə bağlı ehtimallar irəli sürməsi üçün hələ tezdir. Məsələ burasındadır ki, Qərb mətbuatında daha əvvəl Pedro Paskalın Enistonun rol aldığı “Səhər şousu” adlı serialda çəkiləcəyi barədə şayiələr yayılıb. Bu səbəbdən onların görüşünün sırf işgüzar xarakter daşıması da mümkündür.
Qeyd edək ki, Cennifer Eniston aktyor Castin Terudan boşandıqdan sonra şəxsi həyatını gizli saxlayır. Pedro Paskal da şəxsi münasibətləri barədə danışmağı sevməyənlərdəndir. Bu səbəbdən hər iki aktyorun şəxsi həyatı sirrlərlə örtülüb.