Türkiyəli məşhur müğənni Hadisə yeni imajını izləyiciləri ilə bölüşüb.
Lent.az xəbər verir ki, o, bu yaxınlarda repçi Murda ilə ortaq layihəsi “İmdat” klipi üçün tərzini yeniləyib.
Müğənninin qısa və açıq sarı saçlarıyla verdiyi poz “Instagram”da minlərlə bəyənmə və reaksiya alıb. Sevənləri ona “sarışın bomba”, “nə etsən, yaraşır”, “möhtəşəm görünürsən” və s. şərhlər yazıb.
Qeyd edək ki, müğənni Hadisə eşq yaşadığı Mehmet Dinçerler ilə bir müddət əvvəl nikah masasına əyləşiblər.