Böyük sevgi xəyanətlə bitdi?  – Məşhurların ayrılma səbəbi haqqında Şok İddia
21 fevral 2025 19:33 (UTC +04:00)

Böyük sevgi xəyanətlə bitdi? – Məşhurların ayrılma səbəbi haqqında Şok İddia

Şükrü Özyıldız və Sibil Çetinkaya Ayrıldı

Şükrü Özyıldız və Sibil Çetinkaya

Uzun müddətdir barələrin "Evlilik yaxın" deyə danışılan Şükrü Özyıldız və Sibil Çetinkaya cütlüyü yollarını ayırdı.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, əvvəlcə sosial mediada bir-birlərinin paylaşımlarını bəyənməyi dayandırdılar, ardından isə paylaşım etməyi kəsdilər. Nəhayət, gözlənilən açıqlama gəldi. Lakin əsas şok indi ortaya çıxdı: İddiaya görə, ayrılığın səbəbi üçüncü bir şəxsdir.

Ayrılığın Səbəbi Nədir?

Şükrü Özyıldız və Sibil Çetinkaya

Əvvəlcə, Şükrü Özyıldızın evlilik mövzusunda qəti olmamasının Sibil Çetinkayanı özündə uzaqlaşdırdığı söylənirdi. Ancaq çox keçmədən başqa bir iddia ortaya çıxdı. İddiaya görə, Sibil Çetinkaya ürəyini başqa birinə, iş dünyasının tanınmış simalarından olan Murat Akdoğana verib. Hətta xatırlayırsınızsa, Murat Akdoğanın adı bir ara Hande Erçel ilə eşq dedi-qodularına qarışmışdı. Maqazin dəhlizlərində dolaşan dedi-qodulara görə, Sibil Çetinkaya və Murat Akdoğanın yaxınlaşması, Şükrü Özyıldız ilə olan münasibətinin bitməsinə səbəb olub.

Rəsmi Açıqlamalar

Şükrü Özyıldız və Sibil Çetinkaya

Gözlənilən ilk açıqlama Şükrü Özyıldızdan gəldi. Posta qəzetinə danışan yaraşıqlı aktyor, "Bəli, iddialar doğrudur. Münasibətimizi sonlandırdıq" deyərək ayrılığı təsdiqlədi. Üstəlik əlavə etdi: "Üç həftədir Kolumbiyadaydım, yenilənib gəldim."

Şükrü Özyıldızın açıqlamasından sonra, Sibil Çetinkaya da daha çox sakit qala bilmədi. Sosial media hesabından bu sözləri paylaşdı: "Bir müddət əvvəl belə bir qərar verdik. Bunun ikimiz üçün də daha doğru olduğuna inanırıq. Sadəcə bir az zaman verən anlayışınıza ehtiyacımız var."

Ayrılıq səs-küysüz oldu?

Açıqlamalara baxıldığında, sakit və mədəni bir ayrılıq kimi görünür, elə deyilmi? Ancaq maqazin dəhlizlərində dolaşan söyləntilər bunun belə olmadığını iddia edir. Böyük sevginin sonlanmasının arxasında üçüncü bir şəxsin olduğu danışılır.

Sosial Mediada Davam Edən Əlaqə

Şükrü Özyıldız və Sibil Çetinkaya

Diqqət çəkən bir detal: İkili hələ də bir-birini sosial mediada izləyir və sevgi dolu fotolarını silməyiblər. Əgər ortada həqiqətən bir xəyanət varsa, niyə hələ də bir-birlərini izləyirlər?

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 974

Oxşar yazılar