"Barbie"nin baş rol aktrisası Margot Robbie əri Tom Ackerley ilə tətilə gedib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 2016-cı ildə ailə quran cütlük dincəlmək, dəniz və günəşin keyfini çıxarmaq üçün Yunanıstanın kiçik adalarından biri olan “Sifnos” a gedib. Margot Robbie və onun 33 yaşlı əri Tom Ackerley ötən gün adanın çimərliyində dənizdə əylənərkən görüntülənib.