Azərbaycanlı rejissor xəstəxanaya yerləşdirildi - VƏZİYYƏTİ AĞIRDIR
12 noyabr 2021 14:47 (UTC +04:00)

Azərbaycanlı rejissor xəstəxanaya yerləşdirildi - VƏZİYYƏTİ AĞIRDIR

Azərbaycanlı rejissor Nicat Rzazadə koronavirusa yoluxub.

Lent.az xəbər verir ki, rejissor virusa yoluxduqdan 4 gün sonra - 7 noyabrda vəziyyəti ağırlaşdığı üçün Zığ qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalına yerləşdirilib. Hazırda həkimlərin nəzarətində olan rejissorun vəziyyəti ağırdır. 

Qeyd edək ki, rejissor Nicat Rzazadə 1974-cü il aprelin 11-də Bakı şəhərində dünyaya gəlib. O, bir neçə filmlərin, “ATV” telekanalında yayımlanan “Kabusun Kölgəsində” serialı, “Brat Li” kinokomediyası və başqa bu kimi yaradıcı işlərin rejissoru olub. Rejissor koronavirusa yoluxmazdan əvvəl ”Zərbə” adlı yeni serialın üzərində çalışırdı.

# 5688
avatar

Yalçın UĞUR

Oxşar yazılar