Müğənni Natavan Həbibi efirdən qonorar istədiyi üçün onu və həmkarlarını tənqid edən “SOY” prodakşının rəhbəri, prodüser Oqtay Əliyevə cavab verib.
Lent.az xəbər verir ki, ifaçı bu barədə sosial şəbəkədə rəy yazıb:
“Müğənnilərdən qazanan belə deməlidir də. Guya söz deyib. Azərbaycan incəsənətinə ən böyük zərbələrdən vuran ailə! Sənətimizi ən abırsız formada dünyaya tanıdan kəslərin də məqsədi bəllidir. Millətin içində sənət nümayəndələrinə nifrət hissi formalaşdıranlar da indi yenə sənətimizi alçaldıb, insanları həqiqətdən yayındırıb, səhv fitva verərlər. Bunları keçmişik. Siz söhbətinizi edin”.
- İki yaşında ailəsi dağıldı, uşaq evinə düşdü, döyüldü, vərəm oldu – RƏQQASƏNİN DRAMI
- Yeddi illik eşq macərası bitdi... Ulduzlar ayrıldı
- Məşhur serialların baş qəhrəmanından EŞQ İDDİALARINA cavab
Qeyd edək ki, O. Əliyev olay.az-a açıqlamasında efirlərdən pul istəyən N. Həbibi, Xatirə İslam və Elşad Xosenin qonorarla verilişlərə çağırılmadığını demişdi.