Müğənni Aysun İsmayılova tanınmış vəkil olan həyat yoldaşından boşanır.
Lent.az-ın əldə etdiyi məlumata görə, tərəflər artıq bununla bağlı hüquqi addımlar atıblar.
Xəbəri dəqiqləşdirmək üçün müğənninin vəkil həyat yoldaşı 30 saylı Vəkil Bürosunun rəhbəri Ramil Vəliyevlə əlaqə saxladıq.
R. Vəliyev Lent.az-a açıqlamasında bildirib ki, ailədə problemlər olsa da hələlik bununla bağlı məhkəməyə müraciət olunmayıb: "Mənim kobud və soyuq xarakterdə olmağıma görə müəyyən problemlər var, amma boşanma qərarı və ya iddia verilməyib məhkəməyə".
Qeyd edək ki, cütlük 2 il öncə ailə qurmuşdular və onların Sevgi adlı qız övladı var.