Aygün Kazımovadan yenilik - FOTO
17 dekabr 2021 12:01 (UTC +04:00)

Aygün Kazımovadan yenilik - FOTO

Xalq artisti Aygün Kazımova yeni “Я в Нирване” adlı rus dilli albomunu dijital platformalarda təqdim edib.

Lent.az-ın məlumatına görə, alboma ifaçının "Nirvana", "Oderjima", "Tarantino" kimi yeni mahnıları daxildir. Bununla yanaşı, müğənninin bundan əvvəl sinql kimi işıq üzü görən Xalq artisti Emin Ağalarovla oxuduğu "Azərbaycan", Filip Kirkorovla olan dueti "Can Azərbaycan!" da albomda yer alıb.

Məşhur "Sus" mahnısının rus dilində olan və "Pust" adlı versiyası da alboma daxil edilib.

Pop ulduzun yeni albomu üzərində beynəlxalq komanda çalışıb - azərbaycanlı musiqiçilərlə birlikdə rus və gürcü müəlliflər cəlb olunub, bəzi treklər yazılaraq xaricdə aranjiman edilib.

Altı trekdən ibarət diskin buraxılışı “SS-production” şirkətinin himayəsi altında “BEAT Music” etiketində baş tutub.

“Я в Нирване” Azərbaycanda innovativ Dolby Atmos səs formatında səslənən ilk albomdur. “BEAT Music”in prodüseri Rüstəm Rzayevin sözlərinə görə, o, Azərbaycanda əvvəllər buraxılan musiqilərdən əsaslı şəkildə fərqli, tamamilə yeni səsə malikdir.

# 4095
avatar

Yalçın UĞUR

Oxşar yazılar