Mərhum Xalq artisti Rafiq Hüseynovun ( Rəmiş ) həyat yoldaşı Gülü (Gülşən Hüsenyova) “Həmin Zaur” verilişinə açıqlama verib.
Lent.az-ın məlumatına görə, Gülü aprelin 5-də Rəmişin vəfatından 1 il ötməsindən danışıb:
"Axşam yerimi açanda hərdən çaşıb, onun da yerini açıram. Sonra deyirəm ki, axı o yoxdur. Yorğanı niyə ora qoydum? Köynəyini hələ də oturacaqdan asıram. Yuxuda hansı rəngdə köynəkdə görürəmsə, onu asıram. Ona görə də paltarlarını, kostyumlarını evdə saxlamışam, heç kimə vermirəm. Deyirəm, bəlkə nə vaxtsa qayıdıb geyinər".
Qeyd edək ki, Xalq artisti Rafiq Hüseynov qaraciyər problemi ilə xəstəxanaya yerləşdirilsə də koronavirusdan vəfat edib.