Alla Puqaçovanın illər öncə  kişi olduğunu   bilirdiniz?
26 noyabr 2024 19:05 (UTC +04:00)

Alla Puqaçovanın illər öncə kişi olduğunu bilirdiniz?

Dünya şöhrətli müğənni Alla Puqaçova illər öncə kişi adı altında mahnılar bəstələyib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Alla öz yaradıcılığına həsr olunmuş “Oxuyan qadın” musiqili bədii filminə çəkilərkən bir neçə mahnı yazıb.

Lakin o zamankı sərt senzura müğənninin mahnılarını qəbul etməyib. O zaman Alla Puqaçova Boris Qorbonos imzalı mahnıları münsiflər heyətinə təqdim edib və bəyənilib. Bəs bu sirli bəstəkar kim idi?  Hər kəs onun şəkillərini görmək istəyirdi.

Alla Puqaçova saxta bəstəkar haqqında əfsanə uydurmalı olub. Bildirib ki, Boris iflic keçirib və evindən bayıra çıxa bilməyən əlil bəstəkardır. O özünə bığ yapışdırıb, parik qoyaraq kişi obrazına şəkil çəkdirib və münsiflər heyətinə təqdim edib. Beləliklə, illər boyu olmayan bir bəstəkarın  mahnıları dildən-dilə dolaşıb.

Alla Puqaçova bu sirri yalnız yaxın zamanlarda açıqlayıb. Borisin adı ilə yazılmış ən məşhur mahnı isə “İlahi rəhm elə sevən qadına” mahnısıdır.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 639
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar