Xalq artisti Ağadadaş Ağayev
29 iyun 2021 12:55 (UTC +04:00)

Xalq artisti Ağadadaş Ağayev

Ağadadaş Ağayevin xəstəliyinin SON DİAQNOZU AÇIQLANDI - FOTO

Bir müddət öncə xərçəngdən əməliyyat olunan Xalq artisti Ağadadaş Ağayevdən xəbər var.

Lent.az-ın məlumatına görə, müğənni xərçəngə qalib gəlib. Bu barədə aparıcı Hacı Nuran sosial şəbəkədə yazıb. O, bildirib ki, A.Ağayev bu gün Türkiyədən Bakıya qayıdacaq.  

"Axır ki, Ağayevlər ailəsi aylardan bəri ilk dəfə sevincdən ağladı. Çünki mənim qardaşım, dostum bu gün Vətənə qayıdır. Özü də sağlam, gümrah. Allahın köməkliyi ilə tibb elmi möcüzə yaratdı. Dəfələrlə əməliyyat olunan sənətkar ölümə baş əymədi. Göydə Allahın, yerdə xalqın duası nəticəsində qardaşım sağaldı. Ağadadaş Ağayev də inanırdı ki, sağ-salamat qayıdacaq elinə, obasına".

Qeyd edək ki, A.Ağayev Türkiyədə 3 dəfə əməliyyat etdirib. 

# 26721
avatar

Yalçın UĞUR

Oxşar yazılar