Əməkdar artist Yusif Mustafayev sənətdə olan dəstək olan həmkarından söz açıb.
Lent.az-ın məlumatına görə, müğənni “Gündən-günə” verilişində bildirib ki, Əməkdar artist Baloğlan Əşrəfov ona hər zaman dəstəkdir:
“Bu sənətdə ən yaxın dostum, tənqidçim Baloğlandır. Efirdə canlı oxuyandan sonra ona zəng edirəm, harada səhv etdiyimi soruşuram. O, sözü qılıncdan iti deyir. İfam zamanı harada səhv etdiyimi deyir, gələn dəfə o səhvi etmirəm. Onun sözlərindən sonra rahat oluram. Çünki yadın yalandan tərifindənsə, dostun acı tənqidi xoşdur. Baloğlan hər zaman mənə dəstəkdir”.