Xalq artisti xanımı barədə danışdı: "Məni qısqanmır"
16 aprel 2020 09:30 (UTC +04:00)

Xalq artisti xanımı barədə danışdı: "Məni qısqanmır"

Xartisti Natiq Şirinov şəxsi həyatından danışıb. Lent.az-ın məlumatına görə, musiqiçi "Bakı vaxtı ilə" verilişində bildirib ki, həyat yoldaşı onu heç vaxt qısqanmayıb:

"Tanınmağım ailə qurandan sonra başladı. Bu günə gəlib çatmağımda göydə Allah, yerdə xanımım səbəb olub. Ailə gözəl olanda ritm də gözəl olur. "Sevgilim" mahnısını da ona həsr etmişəm. Ona nə həsr etsəm azdır. Düzdür, problemsiz ailə olmur. Bizdə də qırğın, küsmək, ağlamaq da olur. Hamısı sevginin başında dayanır.

Ailə gözəl olanda, kişi-qadın bir-birini qoruyanda gözəl olur. Hər şey inamdan başlayır. Xanıma təşəkkür edirəm ki, məni qısqanmadı. Qısqanclıq evlər dağıdır. Hər zaman mənə dəstək oldu. Musiqi aləmi elədir ki, deyirlər, bu niyə öpdü, qucaqladı, gül verdi... Nağara qalır bir kənarda, evdə qırğın gedir. Təşəkkür edirəm ki, xanımım bunu mənə yaşatmadı. Özünü idarə etməyi bacarmalısan. Birinci özünü, sonra ailəni idarə etməlisən".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2575
avatar

Yalçın UĞUR

Oxşar yazılar