Müğənni Sevda Yahyayeva nişanlısı Zakir Bayramov barədə danışıb.
Lent.az-ın məlumatına görə, ifaçı "Ona qalsa" verilişində bu sözləri deyib:
"Mənə sürpriz etmək istəyirdilər. Mən sürprizi sevmirəm. O da bilir ki, həyəcanlanıram. Demişəm ki, verilişdə olanda heç nə göndərmə. Camaat elə bilir ki, qəsdən edirəm. Ona görə də sürpriz etməyi ona qadağan etmişəm".
Qeyd edək ki, sənətçi həkim-genetik Zakir Bayramovla ailə qurmağa hazırlaşır.