Müğənni Samir Piriyev qalmaqalda olduğu aparıcı Kamran Həsənliyə barışıq əlini uzadıb. Lent.az-ın məlumatına görə, ifaçı "Ay Zaur" verilişində bildirib ki, K.Həsənlini bağışlayıb:
"Allah bağışlayandır, mən də onu bağışladım. Hər zaman yatanda deyirəm ki, Allahım, mənə kimsə pislik edibsə, mən onlara haqqımı halal edirəm. Yəni mənə görə onları cəzalandırma. Allah bağışlayandırsa, biz kimik? Təxminən 80-85 min pul itirdim. Bir hadisədi oldu, bitdi. Heç kəs hər şeydən siğortalı deyil. Cana gələn mala gəlsin. Əsas olan kinli olmayasan. Kimsə məndən küsəndə gecə yata bilmirəm. İnsanları incitmək olmaz".
Qeyd edək ki, müğənni Samir Piriyev hüquq-mühafizə orqanlarına müraciət edərək K. Həsənlinin onun 80 min dollarını mənimsədiyini bildirmişdi. Daxil olmuş şikayət əsasında Nərimanov rayon Prokurorluğunda fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanmışdı. Bu prosesdə müğənni Elariz Məmmədoğlu isə polisə ifadə verərək K.Həsənlinin günahsız olduğunu bildirmişdi.