Müğənni Rəqsanə İsmayılovanın qızı, müğənni Aysun İsmayılovaya elçi gəlib.
Bu barədə Lent.az-a Aysun özü açıqlama verib.
“Təxminən bir ay öncə bizim ailəmizi tanıyan bir ailə mənə elçi gəldi. Məni istədiklərini mamaya deyiblər, o da mənə dedi, razı olmadım. Oğlanın üzünü görməmişəm, heç maraqlı da deyil. Çünki sevmədən ailə qurmaram. Heç vaxt gözəlliyə, pula baxmaram. İnşallah, ailə quracağım şou-biznes əhlindən olmaz. Bu aləmdə olan şəxslə ailə qurmaq istəməzdim.
Qısqancam. Mənim olan mənim olmalıdır. Ailə qursam, müğənnilikdən gedəcəyəm. Mənim üçün ailə müqəddəsdir. Mənə pul əsas deyil. Kirayədə də yaşayaram”.