Röyanın bu sözləri Natavanı özündən çıxaracaq: "Bədbəxt..."
08 aprel 2020 15:47 (UTC +04:00)

Röyanın bu sözləri Natavanı özündən çıxaracaq: "Bədbəxt..."

Xalq artisti Röya Ayxan küsülü olduğu müğənni Natavan Həbibi barədə danışıb.

Lent.az-ın məlumatına görə, müğənni “Sözüm var” verilişində həmkarının adını çəkmədən ünvanına bu sözləri deyib :

“Heç vaxt heç bir qadın haqda danışmıram. Fikirləşməmişəm ki, hansısa qadını kimdənsə ayırım. Bunlardan uzağam. Dəli kimi söz deyə bilərəm, o qız ağlayar. Biriylə davam olarsa, orada da bitər. Ona görə də yaxşı qız kimi yaddaşda qalıram. 

O qızın müsahibəsinə baxdım. Dedim, Allah səni xoşbəxt etsin, kaş ki, edərdi. Qadın xoşbəxt olmalıdır ki, aqressivləşməsin. İşi, uğuru, qazancı olmalıdır. Bəlkə də daha böyük uğur arzu edirdilər, amma çata bilmədilər. Elə ağılsız sözlər danışırlar ki... Deyə bilərsən ki, sizə qarşı vəfasızam. Səni yoxlamamışam, gəlib-getməmişəm, küsmüsən. Bu, sənin bədbəxtliyindir. Mən də ona xoşbəxtlik arzu edirəm”.

Qeyd edək ki, Natavan Həbibi bu yaxınlarda müsahibəsində R.Ayxan haqda bu sözləri demişdi :"Bizdə barışmaq söhbəti olmayıb. Bunlar son vaxtlar belə danışmağa başlayıblar. “W Trio” ona görə dağılıb ki, münasibətimiz pozulub. 2002-ci ildə elə dalaşmışıq ki, qrupumuz dağılıb. Siz hansı münasibətdən, dostluqdan danışırsınız? Vaqif Gərayzadə kimi şəxsiyyət bizə mane ola bilmədi. Mənə qarşı Röya və Elnarə tərəfindən elə şeylər olunub ki... İndi danışmayacam, amma vaxtı var. Biz artıq işləyə bilməzdik. Aramız tamamilə pozulmuşdu. Sonuncu toya gedəndə düşmən kimi getmişik. Eyni səhnədə bir-birimizə nifrət edə-edə oxumuşuq.

Onlara görə söhbət ciddi deyildi. Ancaq mənim şəxsi həyatımı alt-üst etdilər. Bunlar deyiblər, hamı elə bilir ki, özümdən razıyam. Amma nə var, nə yox? Kim neyləyib? Nəyə görə belə cavab vermişəm, nələr olub? Bunu bilən yoxdur. Görürəm ki, yavaş-yavaş danışmaq lazımdır. Çünki çox oldular. Hərəsi böyük-böyük danışır. Bilirəm ki, kim nəyə layiqdir, nəyə qadirdir, qabında nə var. Kim peşəkardır,  kim təsadüfən bu səhnəyə düşüb? Əgər biz peşəkarlığa görə mükafat alırıqsa, gəlin peşəkarlıqdan söhbət edək. Ötəri “Yaxşı mahnıları var” deməyək, danışmırıqsa, biz də təbrik etdik, sevindik...”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9835
avatar

Yalçın UĞUR

Oxşar yazılar

Beyons futbol oyununda çıxış edəcək

Beyons futbol oyununda çıxış edəcək

12 dekabr 2024 , 21:21
Dünyanın ən böyük yanaqlı qadını  açıq-saçıq geyimdə poza verdi

Dünyanın ən böyük yanaqlı qadını açıq-saçıq geyimdə poza verdi

12 dekabr 2024 , 19:19
Taylor Sviftdən dünya REKORDU

Taylor Sviftdən dünya REKORDU

12 dekabr 2024 , 17:42
Selena Qomes evlənir

Selena Qomes evlənir

12 dekabr 2024 , 13:22
Şahzadə Diananın MODA HİYLƏSİ

Şahzadə Diananın MODA HİYLƏSİ

12 dekabr 2024 , 10:20
Meqan Foks doğuşdan əvvəl sevgilisindən ayrıldı

Meqan Foks doğuşdan əvvəl sevgilisindən ayrıldı

11 dekabr 2024 , 23:03
Məşhur rəqqasənin adından dələduzluq  edildi

Məşhur rəqqasənin adından dələduzluq edildi

11 dekabr 2024 , 22:07
"Eurovision 2025"də yeni sərt qaydalar  tətbiq olundu

"Eurovision 2025"də yeni sərt qaydalar tətbiq olundu

11 dekabr 2024 , 21:47