Amerikalı müğənni Con Prayn dünyasını dəyişib. Lent.az xəbər verir ki, bu barədə “Reuters” xəbər verib. Bildirilib ki, 73 yaşlı ifaçı koronavirusdan vəfat edib.
Qeyd edək ki, müğənni martın 26-da COVID-19 respirator xəstəliyinin simptomları ilə Neşvill şəhərində xəstəxanaya yerləşdirilmişdi.