Müğənni Mətanət Əsədova sənət dostu Manaf Ağayev barədə danışıb.
Lent.az-ın məlumatına görə, ifaçı “Hər şey daxil” verilişində bildirib ki, Manafla dostluğu birmənalı qarşılanmır:
“Manaf mənim ailəvi dostum, vuran əlim, dağımdır. Bu dostluğu hərə bir cür qəbul edir. Kimin ürəyi necədirsə, bizim bir yerdə olmağımızı elə də yozur. Bizim bir-birimizin evinə gedib-gəlməyimizi çox adam çəkə bilmir. Mənim kitabımda belə bir şey var. Əgər qardaş deyirəmsə, o mənim qardaşımdır. Əgər bir insan mənim dostumdursa, dostumdur. Yəni mən açıq danışan insanam”.