Könül oğluna qız axtarır: "Saçı uzun, təbii dırnaqlı olsun"
20 aprel 2020 13:28 (UTC +04:00)

Könül oğluna qız axtarır: "Saçı uzun, təbii dırnaqlı olsun"

Əməkdar artist Könül Kərimova oğlu Rəşadı evləndirmək niyyətindədir.

Lent.az-ın məlumatına görə, ifaçı bu barədə “Evdəkilərə salam” verilişində deyib:

"Bunu çox arzulayıram. Ən böyük istəyim indi odur. Çox yorulmuşam, istəyirəm evlənsin, dincəlim. Hər dəfə belə söhbət düşəndə, deyirəm ki, müğənni gəlin istəmirəm. Məni daş-qalaq edirlər. Özüm, qardaşımın qızı müğənnidir. Bu işin çətinliyini görürəm. İstəyirəm gəlinim evdə olsun. Bir oğlum var, nə edim? Gəlinim, evdə otursun. Qoçaq, gözəl, saçı uzun, qaynaqsız, təbii dırnaq, kirpikli gəlin istəyirəm"

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3027
avatar

Yalçın UĞUR

Oxşar yazılar