Əməkdar artist Könül Kərimova nəvəsinə ev alıb.
Lent.az-ın məlumatına görə, müğənni bu barədə "Şou ATV"də bildirib. Onun sözlərinə görə, hazırda qızı Ləmanı və nəvəsini ancaq WhatsApp vasitəsi ilə görür:
"Qızım Ağcəbədidə yaşayır. Kürəkənimin işi oradadır. Onları qoyub bura köçə bilməzlər. İndi də yollar bağlanıb, ayrı qalmışıq. Nəvəm, qızım üçün çox darıxıram. Başqa bir duyğulardır. Bütün günü görüntülü danışıram, ürəyim partlayır. Nəvəm üçün ev almışam. 8 aylıqdır, Allah qismət etsə, ona ad günü keçirəcəm. Hər kəsi başımıza toplayacam, nəzir verib, qurbanlar kəsəcəm".