Koronavirus təhlükəsi ilə karantinə alınan Türkiyənin tanınmış aktyoru Kıvançın analizinin nəticələri məlum olub.
Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, aktyor analizinin nəticəsi barədə deyib: “Yüksək hərarət və öskürək şübhəsi ilə xəstəxanaya getdim. Həkimlərinin yoxlanışından sonra ağ ciyərimdə sətəlcəm aşkarlandı. Bununla bağlı nəzarət altına alındım. Bu gün COVID-19 testimin nəticəsinin neqativ çıxdığını söylədilər”.