Müğənni Gülay Zeynallı xəyanətdən söz açıb.
Lent.azın məlumatına görə, ifaçı "Ulduzun vaxtı" verilişində bildirib ki, sevgi olan yerdə xəyanət ola bilməz:
“Xəyanəti bağışlamaq olmaz. Xəyanət təkcə qadın və kişi münasibətlərində olmur. Qadınla kişini birləşdirən istəkdir, sevgidir. Onların arasında xəyanət varsa, nə istək, nə də sevgi ola bilər. Hər kəs ailəsini qoruyur, orada bir övlad varsa lap çox... Analıq hissini yaşayan qadın xoşbəxtdir. Bir şeyə sənin həvəsin varsa, bu, qurban deyil. Qismətə inanıram. İnsanlar var ki, qismətə inanmır, bəd kimi bütün günü gözünün yaşını axıdır. Ölüm-itimə də qismət kimi baxıram.
Qısqanc insanam. Çox istədiklərimi paylaşa bilmirəm. Hətta rəfiqəmi də qısqanıram. Həyatda sevgi ilə yaşamaq lazımdır".