Müğənni Tacir Şahmalıoğlu ilə Fədayə Laçın xeyli müddətdən sonra eyni verilişdə qonaq olub.
Lent.az-ın məlumatına görə, aparıcı Zaur Kamal “5/5” verilişində qonaq olan Fədayə Laçına sürpriz edərək, proqrama ondan xəbərsiz Tacir Şahmalıoğlunu dəvət edib. Tacir verilişdə Fədayə ilə bağlı bunları dilə gətirib:
“Mən Fədayəni çox istəyirəm. Mən hər hansı bir insan deyiləm, onun ustadıyam. Fədayə mənim üçün elə bir dostdur ki, biz tonla çörək kəsmişik. Biz heç vaxt küsməmişik, inciməmişik. O həbsxanada olanda dəfələrlə can atdım Fədayə ilə görüşməyə, dedilər ki, imkan yoxdur, getsən də, görüşə bilməyəcəksən. Amma arada maneə törədənlər də, mən indi burada hər şeyi açıb-tökmürəm. Yüz min insan da gəlsə, mənim Fədayəyə qarşı olan hisslərimi, dostluğumu poza bilməz. Fədayə uman qız deyil, o özü 50 kişiyə bərabərdir. Mən bilirəm ki, o heç vaxt məni qəlbindən silib ata bilməz, çünki mən onun ustadıyam. Bunu silib atmaq mümkün deyil ki…”.