Əməkdar artist Elza Seyidcahan müğənni Manaf Ağayevin "Bizə çörək lazımdı, sənət lazım deyil" fikirlərinə münasibət bildirib. Lent.az-ın məlumatına görə, ifaçı “Səhər-səhər” verilişində bu sözləri vurğulayıb:
"Mənim ac qalan günlərim olub, amma ümidsiz qalan günlərim olmayıb. Babək Xürrəmi də belə bir ifadə işlədib. Yəni mən çörəksiz də qalsam, ümidimi itirməmişəm, yazdığım əsərlər mənim, ailəmin, nəslimin, ölkəmizin büdcəsinə vəsait gətirib. Biri var ki, yazdığın mahnı, bəstələdiyin əsər sənin evinə, qazanına gəlir gətirsin, biri də var ki, o əsərlər ölkənin, xalqın, bəşəriyyətin qazanına gəlir gətirsin.
Mən hər kəsdən xahiş edirəm ki, sənətə toz qondurmasınlar, getsinlər çörəklərini qazansınlar. Necə olur ki, mən həm əsər yaradıram, həm də pul qazanıram. Mənə nə olub ki, beşindən aşağıyamsa, on beşindən yuxarıdayam".