Əməkdar artist Elza Seyidcahan növbəti layihəsini təqdim edib.
Lent.az-a açıqlama verən müğənni bildirib ki, karantin müddətində "Evdə qal" adlı mahnı ifa edib: "Bu çətin günlərdə hər birimiz insanlara dəstək olmalıyıq. Bir bəstəkar-müğənni olaraq insanlara mahnımla tövhə vermək istədim. Hər kəs evdə qalsa, bu viruslardan canımız tez qurtular".