Müğənni Nigar Camal və Eldar “Gəl, qonaq ol” verilişində qonaq olub.
Lent.az-ın məlumatına görə, ifaçı karantin günlərini necə keçirməsindən danışıb:
“Karantin rejimində başa düşdüm ki, bir də ərə gedəcəm. Ona görə ki, bütün günü evdəyəm. Yemək bişirirəm, yığışdırıram, yuyuram. Evdar xanım olmuşam. Bu, daha maraqlıdır. Eldar nə vaxt elçi göndərsə, ondan sonra tarixi deyərəm. Beşinci mərtəbədən səkkizinci mərtəbəyə gəlin köçəcəm”.
Qeyd edək ki, N.Camal bir dəfə ailəli olub, 2 qızı var.