Aktrisa Pərvin Abıyeva İstanbuldan qayıdarkən bir gün hava limanında qalıb.
Lent.az-ın məlumatına görə, aktrisa bu barədə sosial şəbəkədə yazıb:
"İnsanlar bir gündür çıxılmaz vəziyyətdə idi. Xəstələri, körpələri var idi. İnsanlar evlərinə qayıda bilmirdilər. Hamı yuxusuz, qorxu içində xəbər gözləyirdi. Xəbər ala bilmədikləri üçün hava limanında qalmışdılar. Normal olaraq mən də".