Tanınmış aparıcı Afaq Gəncəlinin keçmiş həyat yoldaşı Abdullah Haşdemir dünyasını dəyişib. Lent.az-ın əldə etdiyi məlumata görə, "Apo" ləqəbli Türkiyə vətəndaşı Abdullah Haşdemir yatdığı yerdə vəfat edib. Onun cənazəsinin oğlunun yanında və ya Türkiyədə torpağa tağşırılacağı bildirilir.
Qeyd edək ki, Abdullah Haşdemir aparıcı Afaq Gəncəli ilə evli olub. Cütlüyün bu evlilikdən Qədirxan adlı bir oğlu olub, 2015-ci ildə 11 yaşında dünyasını dəyişib.