Əməkdar artist Nərgiz Cəlilova imicində dəyişiklik edib.
Lent.az-ın məlumatına görə, 61 yaşlı aparıcı uzun saçlarını illər sonra qısa kəsdirib:
Saçın bəyazdırsa, rəngini dəyişmək çox müşküldür. Özümdən bilirəm.
Sadəcə istedadlı ustalarım müxtəlif tonlarla işıq, can verməyə çalışırlar. Necə bacarırlarsa? Deməli, əlac qalır fərqli kəsimlərə. Nəhayət, bütün cürətimi toplayıb, qısa kəsimə qərar verdim. Necə qərar verdimsə? Çox sağ olun, əziz ustalarım. Siz olmasanız, mən nə edərdim?”