Hüseyn Abdullayevə doğum günündə ən qiymətli hədiyyə - FOTO
Lent.az-ın məlumatına görə, bəstəkar üçün ən yadda qalan hədiyyə NEXT qrupunun ifasında illər öncə yazdığı mahnını fərqli tərzdə eşitməsi olub. Belə ki, vaxtı ilə müğənni Röyanın ifasında səslənən “Dön gəl” mahnısını NEXT Türkiyədə hazırlanmış yeni versiyada oxuyub.
Ukraynada hazırlanan yeni alboma daxil edilən “Dön gəl” mahnısı artıq dünəndən etibarən radio dalğalarında səslənir. Qısa müddətdə ajiotaj yaradan “Dön gəl”in yeni versiyası bəstəkar Hüseyn Abdullayev tərəfindən də müsbət qarşılanıb: “NEXT qrupunun ifasında uzun illər öncə yazdığım mahnını fərqli tərzdə dinlədim. Bu, mənim üçün ən gözəl hədiyyə idi. Həyatımın özəl məqamlarından birində yazdığım “Dön gəl”i NEXT-in ifasında dinləyərkən həmin anları xatırlayıb, o günlərə qayıtdım. Onlar bu ifaları ilə diqqətimi cəlb edə bildilər. Bu, o deməkdir ki, gənclərdə bacarıq var. Məncə, bu ifa dünya səhnəsinə çıxmaq üçün bir işarədir. “Dön gəl”ə NEXT-in ifasında qulaq asdıqdan sonra düşündüm, bunlar üçün yeni mahnılar yazmaq lazımdır ki, dünya arenasında da səslənsin”.
Banu

Oxşar yazılar

Ən reytinqli serialin ulduzu soyundu
4 iyul 2025 , 12:14
İrem Derici özündən 12 yaş kiçik sevgilisindən ayrıldı
3 iyul 2025 , 18:01
Emre Altuğun cəsur klipi sosial mediada həyəcana səbəb oldu - VİDEO
3 iyul 2025 , 16:17
Günayın yay keyfi - VİDEO
3 iyul 2025 , 12:03
Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi
3 iyul 2025 , 10:29
“Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi
2 iyul 2025 , 16:39
Bu məşhurlar Bakıya gələ bilməyəcək - Siyahı
2 iyul 2025 , 12:34