Natəvan Həbibinin seçdiyi kişi teleaparıcı oldu
Müğənni Natəvan Həbibi səssizliyini yeni mahnısı ilə pozacaq. Lent.az-ın məlumatına görə, Həbibi texno-elektro üslubunda mahnı oxuyub. İfaçı maraqlı seçim edib. O, teleaparıcı ilə duet oxumağı qərarlaşdırıb.
“Şükürlər olsun” adlı mahnını müğənni televiziya aparıcısı Ramin İbrahimovla birlikdə oxuyub: “Mahnının müəllifi Cəmil Məmmədli çox fərqli - texno-elektro üslubuna müraciət edib. Mən də fikirləşdim ki, əgər bu mahnını tək ifa etsəm, hardasa maraqsız olar. Bəli, etiraf edirəm ki, mahnı gözəl də olsa, bunu solo ifa etsəydim, elə də rezonansa səbəb olmayacaqdı. Bu səbəbdən də yaxın dostum və Azərbaycan estradasında çox sevilən müğənni xanım Natəvan Həbibiyə müraciət etdim ki, mənimlə duet oxusun. Sağ olsun, razılıq verdi və sonda çox gözəl bir yaradıcı məhsul ortaya çıxartdıq”.
“Şükürlər olsun” duetinin hit olacağına ümidvar olduğunu söyləyən teleaparıcı, “Sənli xəyallar”, “Sus, danışma” kimi mahnılarına da ekran həyatı verməyi düşünür.
Lalə Yusifqızı

541