Nazpəri Dostəliyeva 257 min avroluq maşında klip çəkdirib
Bu gün xalq artisti Nazpəri Dostəliyeva “Sehir” adlı yeni albomunu, “Getdi yar” klipini və yenilənmiş www. nazperi.az saytını mətbuat nümayəndələrinə təqdim edib.
Lent.az xəbər verir ki, iki ilə yaxın davam edən hazırlıqlardan sonra ərsəyə gələn “Sehir”in təqdimatı ilə bərabər xalq artisti həm də “STS” musiqi şirkəti ilə birlikdə piratlara qarşı mübarizə aksiyasına başlayır.
Albomda Nazpəri Dostəliyeva yaradıcılığında ilk dəfə mahnıya musiqi mətni yazıb.
Klipdə Nazpəri xanım tək deyil, yeni həmkarları ilə görünür. Xalq artistinin tərəf müqabilləri “NEXT” qrupudur. Müasir üslubda hazırlanan xalq mahnısında milli musiqimizlə yanaşı Qərb musiqisinin elementlərindən də istifadə olunub. Yeni aranjemanda hazırlanan “Getdi yar” xalq mahnısına klipin çəkilişləri Azərbaycanın müxtəlif bölgələrində aparılıb.
Klipdə maraqlı məqamlardan biri isə istifadə edilən avtomobillə bağlıdır. Belə ki, “Adrenalin” filmindəki “BUİCK” markalı avtomobil xüsusi olaraq “Getdi yar” klipi üçün Azərbaycana gətirilib.
Hollivuddan gətirilən avtomobilin dəyəri 257 min avrodur.

773