Ülviyyə Könül böyük kinoda debütünü edir
Ülviyyə Könül böyük kinoda debütünü edir. Rejissor ilk dəfədir ki, dövlət sifarişi ilə film çəkir.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən film komediya janrındadır. Bu barədə Lent.az-a rejissor Ülviyyə Könül məlumat verib. “Hanı vəkil?” adlı filmdə adından da göründüyü kimi vəkilin başına gələn hadisələrdən bəhs olunub: “Vəkil film boyunca maraqlı vəziyyətlərlə rastlaşır”.
Filmin ssenari müəllifi Ramiz Fətəliyev, quruluşçu operatoru Rafiq Nəsirov, bəstəkarı Rəşad Həşimov və aktyor mütəxəssisi Sənubər İsgəndərlidir. Kinoda baş rolda Bəhruz Əhmədli, digər rollarda isə Bəhram Bağırzadə, Qorxmaz Əlili, Səidə Quliyeva, Fuad Osmanov, Naina İbrahimova, Rövşən Kərimdux və tele-aparıcı Kamilə Babayeva iştirak ediblər: “Filmdə təcrübəli aktyorlarla işləmişik. Burada qeyri-peşəkar sayılı biləcək iştirakçılar Bəhram Bağırzadə və Kamilə Babayevadırsa, çox peşəkarcasına rollarını ifa edirlər”.
Filmin 70%-i artıq çəkilib, qalan hissəsi isə noyabr ayının sonuna qədər bitəcək. Ekran əsəri kinoteatrlar üçün nəzərdə tutulub.
Qeyd edək ki, bu ilin sonuna qədər çəkilişləri yekunlaşacaq filmin 2010-cu ilin yanvar ayında təqdimatı keçiriləcək.
Lalə Yusifqızı

Oxşar yazılar

Filipp Kirkorovun "İnstagram" hesabı bloklandı
1 may 2025 , 22:41
Məşhur aktyorun oğlu cinsiyyətini dəyişdi
1 may 2025 , 15:22
Melisa Döngel bu fotoları ilə diqqət çəkdi
1 may 2025 , 11:10
Ferdi Tayfurun miras davası davam edir...
1 may 2025 , 10:42
Ben Afflek və Cennifer Lopez mülklərini bölüşdürə bilmirlər - QALMAQAL
30 aprel 2025 , 18:56
Məşhur aktrisa Afra Saraçoğludan YENİ POZALAR
30 aprel 2025 , 11:52
Tatlısəsin dodaq uçuqladan SƏRVƏTİ - Saymaqla BİTMİR
29 aprel 2025 , 15:50