Rəqsanə: “Onların hamısı kənddən gəliblər...” - MÜSAHİBƏ
Müğənni Rəqsanənin Lent.az-a müsaşibəsi
Lent.az-ın müsahibə götürmək istəyini cavabsız qoymasa da, Rəqsanə xanım sual gözləmədən radikal açıqlama ilə müsahibəyə giriş verdi:
- Sizin sayt məndən çox yazır, amma yaxşı heç nə yazmır. Mən sizi sevmirəm.
- Günah yazandadır, yoxsa haqqında yazılanda?
- Bilirsiniz necədi? Xəbəri yazanda da... Müğənni də insandır, onun yerində siz də ola bilərsiniz. Allahın qismətidir ki, biz müğənni olmuşuq. Odur ki, nə gəldi yazmaq düzgün deyil axı...
- Lent.az-da yazılan bir xəyal uydurması materialı misal çəkin.
- Siz yazmışdınız ki, mənim evim əlimdən alınıb. Amma məndən fikir öyrənməmiş bu xəbər necə yazıla bilər?
- Əvvəla, bu xəbər məhkəməyə istinadla yazılıb. Yeri gəlmişkən, məhkəmə və borclarla bağlı sizə ünvanladığım suala cavabınız yadınızdadır?
- Mən suala cavab vermək istəməmişdim.
- Odur ki, bu barədə mübahisə etməyə dəyməz. Şəxsən mən həmişə qarşı tərəfin susmasının şahidi olmuşam. Sizə bir sual verim, niyə təkcə sizdən yazılır, “x” müğənni haqqında yazılmır?
- Mən müğənnilik fəaliyyətim dövründə həmişə mətbuatla dostluq münasibətində olmuşam, danışmışam. Heç nəyi gizlətməmişəm. Hamının haqqında yazılır. Sadəcə, mən istəyirəm ki, haqqımda yazılanlar doğru xəbər olsun.
- Qalmaqaldan, şəxsi həyatını açıqlamaqdan qaçan Rəqsanə, deyəsən yenidən dedi-qodunun episentrindədir. Etibarlı mənbənin məlumatına görə, ərə getməyə hazırlaşırsınız.
- Ərə getmək qalmaqal deyil ki...
- Hər halda siz, şəxsi həyatla diqqət mərkəzində olmayacağınıza vəd vermişdiniz.
- Mən şəxsi həyatımı gündəmə gətirmədim, sadəcə, şəxsi həyatımla bağlı
sual verdilər, dedim ki, o mövzu barədə açıqlamalarım olacaq.
- İndi açıqlama verməsəniz də, vədini vermisiz. Bəlkə vaxtı qısaldım, deyəsən, bu nə məsələdir?
- Olanda biləcəksiz. Bir neçə gündən sonra şəhərdə bilbordlar olacaq.
- Axı deyirlər, dekabr ayında toyunuz olacaq, ərə gedəcəksiniz, bunun üçün bilbord lazımdır?
- Yox, bu elə hamının toy bildiyi söhbət olacaq. Nə olacaq, onu hələ deməyəcəm. Olar ki, bu sirr qalsın?
- Mən tamaşaçı gözü ilə baxıb deyə bilərəm ki, inanmıram ki, Rəqsanə həyatının sonunu bundan sonra qalmaqalsız, söz-söhbətsiz yaşayacaq.
- Son vaxtlar mənim barəmdə çox sözlər danışılsa da, qətiyyən cavab vermirəm.
- Siz cavab verməyə bilərsiniz, lakin özünüz kifayət qədər başqaları barəsində danışırsınız. Mən bu yaxınlarda atamaca dolu, sizə məlum ünvana yönələn müsahibənizi oxudum.
- O, mahnı ilə cavab idi. Mən həmin şəxslərə “Xoruz” mahnısını yazdırmışam.
- Sizcə, o mahnı yetərli cavabdır? Bununla qisas almış olacaqsınız?
- Onun cavabını Allah-təala artıq verib.
- İndi yolunuzu kəsən var?
- Yox.
- Nəyə arxayın olub deyə bilərsiniz ki, məni qarşımı heç kim kəsə bilməz?
- Elə bir vaxtda yaşayırıq ki, heç kim göz görə-görə düşmənçilik edə bilməz. Lakin mərdimazarlıq edən çoxdur. Belələrinin də cavabını Allah verir...
- Sizinlə düşmənçilik aparan sənət adamı idi? Kişi idi, yoxsa qadın?
- Nə bilim, beləsinə kişi deməzdim. Ona qadın xarakterli insan deyirlər. Qadına qarşı qərəzçilik edənə kişi demək olar? İnsan olan kəs zərbə vurar? Mən bir insandan iynə ucu qədər yaxşılıq görürəmsə, onun yaxşılığını ikiqat qaytarmağa çalışıram. Mən həyatın hər üzünü görmüşəm. Elə çətin vaxtlarım olub ki, arxamda heç kimi görməmişəm. İndi o səhvləri etmərəm. Tanmadığım adamları evimin qapisindan buraxmıram. İnsanlara inanmıram.
- Sənətdə rəfiqəniz var?
- Məsafəni uzaq saxlamaq yaxşıdır.
- Sənət yoldaşlarınız, həmkarlarınızın demək olar ki, çoxu sizi qəbul etmək istəmir. Hələ də siz onların nəzərində əyalət müğənnisi olaraq qalmaqdasınız.
- Guya o danışanların özləri şəhərdə böyüyüblər? Onların hamısı kənddən gəliblər. Rayonda toyda iştirak edəndə elələrinin çoxunun yaşadıqları evləri, şəraitlərini görmüşəm. Keçmişi danmaq olmaz. O ki qaldı sizin dediyiniz o məni qəbul etməmək məsələsinə, mən tez bir müddətdə tanındım, çoxlarının çörəyini əlindən aldım. 4-5 ildə bahalı maşın sürdüm, evim oldu, Rusiyada konsert verdim. Solo konsertim oldu. O adamlar toylarda mənim mahnılarım oynayanlardır. Əvvəllər cavab qaytaranda belə söhbətlərin ardı kəsilmirdi. İndi cavab vermirəm, görürəm söhbətlə də azalır. Özüm də məəttəl qalıram. Deməli bunlar istəyir ki, mən qışqırım, aləmi qatım bir-birinə...
- Həyatınızda “kaş ki olmayaydı” dediyiniz nə isə var?
- Qalmaqal. Bəzi şeylər var ki, özlüyümdə fikirləşirəm...
- Qızın Yağmuru bu şəkildə, söz-söhbətlə dünyaya gətirdiyinə peşmansan?
- Uşaq söhbəti tamam ayrı məsələdir. Bunu məndən başqa heç kim bilə bilməz. O uşaq dünyaya gəlməli idi. Yağmur anadan olanda söz haqqı olan və olmayan insanlar danışdılar. Mən susub cavab vermədim. Sonra söhbət unuduldu.
- Qəribədir, siz müğənnilərin bir çoxunda bu psixologiya var, nə isə edirsiniz, və sonradan mümkün variantı sınaqdan keçirisiniz: onsuz da bir neçə ildən sonra unudulacaq...
- Düzdür, həqiqətən də hər şey unudulur.
- Məncə, unudulmur. Hətta unudulsa belə, həmin hadisə vaxtında öz təsirini göstərir. İctimaiyyətə mənfi nümunə ola bilən əməllərə imza atdığınız zaman bunun nəticəsini düşünmüsünüz? Sizə neçə nəfərin bənzəmək istədiyini fikirləşmisiniz? “Mən edim, onsuz da unudulacaq” düşüncəsi ilə nə qədər yaşamaq olar?
- Yox... əlbəttə ki, yox... olmaz...
- Sizi özünüzü olduğunuzdan da pis tanıtmağa sövq edən nədir? Axı elə müğənnilər var ki, özünü olduğundan daha yaxşı təqdim edə bilir.
- Mənim ətrafımda o heyət yoxdur...
Lalə Yusifqızı

1046