Qalmaqal: “Mən Faiq Ağayev barəsində sadəcə metroseksual demişəm”
Stilist Anar: “Turan qarşımda şərt qoydu ki, Faiq Ağayev barəsində fikir deməlisən...”
Stilist Anarın telekanalların səhər proqramlarının birində verdiyi açıqlama böyük səs-küyə səbəb olub. Teleaparıcı Turan İbrahimovun verilişinin qonağı olan Anara “niyə qırmızı şalvar geyinmisən” sualı ilə müraciət etməsi əməlli-başlı qalmaqal yaradıb. Qonaq suala “bu mənim peşəmdir, işimlə bağlı qeyri-standart geyinməliyəm. Niyə qırmızı şərf taxıb efirə çıxan Mübariz Tağıyev, Niyaməddin Musayev, qırmızı şalvar geyinən Faiq Ağayev və Samir Bağırov barəsində belə danışılmır?”- deyib.
Proqramdan sonra stilist Anar Lent.az-a bunları bildirib: “Proqramdan sonra Faiq Ağayevlə bağlı aramızda anlaşılmazlıq yaranıb. Mənim işlətdiyim ifadə proqramda başqa cür təqdim olunub. Demək istəyirəm ki, mən Faiq Ağayev və digərləri barəsində sadəcə metoseksual demişəm. O da özünə baxan kişi deməkdir. Bu sözə görə Faiq Ağayevdən üzr istəməyə həmişə hazıram”.
Stilist Anar verilişin aparıcısı Turan İbrahimov barəsində iddia edib: “Verilişdən əvvəl Turan mənim qarşımda şərt qoydu ki, Faiq Ağayev barəsində fikir deməlisən, yoxsa sənin efirə çıxmağına icazə verməyəcəm. Buna stilist Balaş da şahiddir”.
Turan İbrahimov stilistin iddiasını təkzib edib: “Mən şəxsən Balaşı verilişə dəvət etmişəm, digər stilist Samir Əliyevi o biri verilişdə tanıyıb dəvət etmişəm. Qonaqları, ümumiyyətlə, prodüserlər dəvət edir. Anara gəlincə, prodüserim Aynur Anar adlı stilisti dəvət etməyimizi təklif etdi. Mən onu stilist kimi tanımasam da, verilişə gəlməsinə razılıq verdim. Verilişin sonuna yaxın onu da efirə çıxardıq.
Anarı ilk dəfə canlı yayımda gördüm. Reklam fasiləsində o, müğənnilərin barəsində danışdı. Mən də ona bu fikirləri reklam arasında yox, canlı verilişdə deməyi təklif etdim. Vəssalam”.
Stilist Balaş həmkarı Anarın dediklərini təkzib edib: “Mən heç nəyə şahid deyiləm. Mənim xəbərim yoxdur”.
Lalə Yusifqızı

1167