Şou-biznes əhlinin Ramazan hazırlığı - SORĞU
Avqustun 22-də müqəddəs Ramazan ayının ilk günüdür. APA şou-biznes nümayəndələri arasında oruc tutub-tutmadıqlarına dair sorğu keçirib.
Sorğu nəticəsində məlum olub ki, ötən illə müqayisədə bu il oruc tutan sənətçilərin sayı xeyli artıb.
Xalq artisti Nazpəri Dostəliyeva hər il olduğu kimi bu ildə bütün Ramazan ayı boyunca oruc tutacağını deyib. Müğənni eyni zamanda bu ay ərzində daha çox ziyarətlərə gedəcəyini və xeyriyyə tədbirləri keçirəcəyini vurğulayıb.
Xalq artisti Nisə Qasımova da həmkarı kimi bütün ayı oruc tutacaq. Artıq bir neçə ildir ki, ənənəsinə sadiq qalan Nisə Qasımova bu il də ənənəsini pozmaq fikrində deyil. Oruc tutmağı ilə bərabər hər gün vaxtlı-vaxtında namaz qılan sənətçi, müsəlmanlara bu ay ərzində daha çox savab işlər görməyi tövsiyə edib.
Əməkdar artistlər Eyyub Yaqubov, sənətçi Xuraman Şuşalı, rep ifaçısı Anar Nağılbaz da bütün ayı oruc tutacaqlar. Adlarını sadaladığımız sənətçilər Ramazan ayında bir sıra xeyriyyə işləri görməyə də söz veriblər.
Müğənni Elariz Məmmədoğlu da bütün ayı oruc tutacağını, Əhya və Qədr gecəsində isə oyaq qalıb Allaha dua edəcəyini bildirib.
Lalə Məmmədova isə səhhətindəki problemlərə görə, bu Ramazan oruc tuta bilməyəcəyini açıqlayıb: “Səhhətim oruc tutmağa imkan vermir. Əvvəllər mən hər il oruc tutardım, ancaq səhhətimdə problemlər olduğu vaxtdan oruc tuta bilmirəm. Oruc tutanlara güc, qüvvət arzu edirəm, savabları ayaqlarına yazılsın”. L. Məmmədova deyib ki, hər hansısa xeyriyyə tədbiri həyata keçirmək üçün o, Ramazan ayını gözləmir. Xanım sənətçi imkan tapdıqca ilboyu bu cür işlər görür.
Meyxana ustası Namiq Qaraçuxurlu əsasən bütün Ramazan boyu oruc tutur. Səfərdə olanda isə bütün ayı tuta bilməsə də, əsas günlər hesab olunan - Əhya və Qədr gecələrində orucunu tutur. Müqəddəs Ramazan ayının bütün günlərində oruc tutacağını deyən Abbas Bağırov ay ərzində iftar süfrəsi açmağı və yardımlar etməyi planlaşdırıb.
Əməkdar artist İlqar Muradov da bütün bir ay boyu oruc tutmağı qarşısına məqsəd qoyub. Bütün ayı oruc tutacağını bildirən sənətçi Allahdan hər bir müsəlmana gücə və qüvvət arzulayıb.
Bir neçə ildir ki, namaz qılan və Ramazan ayında səfərə çıxmamağa çalışan Azərin də bu il ənənəsinə sadiq qalacaq. Artıq bütün ayı oruc tutacağını bildirən sənətçi bu ayın günahların bağışlanması üçün çox böyük fürsət olduğunu vurğulayıb.
Hacı xanım Ruhi də bütün Ramazan ayı boyunca oruc tutacağını deyir: “Əlbəttə ki, Müqəddəs Ramazan ayı boyunca oruc tutmaq istəyirəm. Əgər hər hansısa maneələr olmasa, bütün ayı oruc tutacağam. Ramazan ayı müddətində artıq bir sıra xeyriyyə tədbirlərin keçirilməsi üçün danışıqlar aparmışıq. Yeni Azərbaycan Partiyasının Qadınlar Şurası ilə birgə bir sıra xeyriyyə tədbirlərinin keçilməsini nəzərdə tuturuq. Eyni zamanda müxtəlif yerlərdə, ehtiyacı olanlara iftar süfrələri açacağam”.
Faiq Ağayev də məhz səhhətindəki problemlərlə bağlı artıq neçə illərdir, oruc tuta bilmədiyini qeyd edib: “Mən səhhətimlə əlaqədar olaraq oruc tuta bilmirəm. Ancaq anam hər il oruc tutur. Əminəm ki, onun duaları mənə də yazılır. Mən isə bütün ayı savab işlərlə məşğul olacağam”.
Xalq artisti Bilal Əliyev və gənc sənətçi Ayaz Qasımov artıq bir neçə ildir, oruc tutur. Hər iki sənətçi bu il də ənənələrinə sadiq qalacaqlarını söyləyiblər.
Xalq artisti İlhamə Quliyeva isə ancaq Əhya və Qədr gecələrində oruc tutacaq. Bütün ayı oruc tutmağa səhhətindəki problemlərin imkan vermədiyini qeyd edən xalq artisti ay ərzində savab işlər görmək niyyətindədir: “Qan təzyiqim var, ona görə də bütün ayı oruc tuta bilmirəm. Ancaq ay ərzində iftar süfrələri açmağı, uşaq evlərinə yardımlar etməyi düşünürəm”.

709