Nura “Mardan Palace”a gedir
Müğənni Dubaydan yenicə qayıdıb
Müğənni Nura Dubaydan qaydıb. Xəbəri müğənni özü Lent.az-a açıqlayıb. Dediyinə görə, Birləşmiş Ərəb Əmirliklərinə istirahət məqsədilə üz tutub.
Nura bu səfərində qarderobunu yeniləməyə də vaxt tapıb: “Son vaxtlar qarberobumda ətəkli libaslara, sarafanlara daha çox üstünlük verirəm. Ana olandan sonra demək olar ki, şalvardan imtina etmişəm”.
Müğənni saç düzümündə, geyimlərində klassik üsluba üz tutub. Nuranın sözlərinə görə, artıq Avropada qadınlar sadə geyimlərə, saç düzümlərinə önəm verirlər. Bu maykiyajda da hiss olunur.
Qarşıdakı günlərdə müğənni Türkiyəyə üz tutacaq. Nura məşhur “Mardan Palace” otelinə yollanmağı planlaşdırır. Komandası ilə Türkiyəyə yollanmağa hazırlaşan müğənni hələki seçim qarşısındadır: “Yeni fotosessiyam ya “Mardan Palace”da, ya çox bahalı otellərdən sayılan “Adam Yeva”da reallaşacaq. Yeni proyektim struktur və format baxımından çox fərqlənəcək. Xarakterimi açmağa çalışacam”.
Fotosessiya bir neçə bölmədən ibarət olacaq. Bu bölmələrdə Nura həm gündəlik həyatda, həm səhnədə, həm ulduz olaraq, həm mətbəxdə necə olduğunu göstərəcək: “Bir çoxları maraqlanır ki, mən dərimə necə qulluq edirəm, hansı yeməklərdən imtina etmişəm və ya hansı yeməklər mənim qida rasionuma daxildir, hansı geyim kolleksiyam var, həyatda necəyəm və s. Ona görə də qərara gəldik ki, belə bir fotosessiya hazırlayaq. Bu fotosesiya mənim xarakter baxımından tanımağa imkan verə bilər”.
Leyla

813