Mirşahin Ağayev: “Bizim qapımız onun üzünə açıqdır”
ANS-in vitse-prezidenti Nisə Qasımovanın şirkətdən getməsi barədə xəbərlərə münasibət bildirdi
“Hələ ki, Nisə Qasımova ANS telekanalının əməkdaşıdır. Ola bilsin, Nisə Qasımova ilə müqaviləyə xitam verilsin”. Xalq artisti Nisə Qasımovanın ANS telekanalını mübahisə nəticəsində tərk etməsi xəbərinə telekanalın vitse-prezidenti Mirşahin Ağayev münasibət bildirib. Ağayev Lent.az-a açıqlamasında yazilan məlumatları əsassız adlandırıb: “Nisə Qasımova ilə bizim aramızda heç bir konflikt olmayıb. Sadəcə, son vaxtlar Nisə xanım özündə bir qədər yorğunluq hiss edirdi. Biz hamımız Nisə xanıma çox böyük hörmət bəsləyirik. O da Zeynab Xanlarova kimi Azərbaycanın nəhəng müğənnilərindəndir. Fəaliyyət göstərdiyimiz müddətdə biz çalışırdıq ki, dəyərli keçmişi olan insanların gənclərə öyüd-nəsihət vermək imkanlarından istifadə edək. Nisə xanım da bu işin öhdəsidən çox layiqincə gəlirdi. Bizim qapımız onun üzünə açıqdır. Nə qədər ki, ANS televiziyası var, ANS telekanalının qapıları onun üzünə həmişə açıqdır. Yenə də istənilən vaxt Nisə xanım bizə əməkdaşlıq təklif etsə, razılaşacağıq”.
Vitse –prezident Nisə Qasımovanın gərgin iş rejimindən yorulduğunu deyib: “Ortada heç bir konflikt yoxdur. Həqiqətən də proqramın formatında dəyişikliklər olub. Formata görə Nisə xanım evlərdə olmalı idi, hədiyyələr paylamalı idi. O da təbii olaraq imtina etək haqqından istifadə etdi. Bir də son vaxtlar Nisə xanım qayğılı-qayğılı konsert vermək istədiyini, lakin proqram aparıcılğının bu verilişə mane olduğunu deyirdi”.
Lalə Yusifqızı

851