Aygün Kazımova: “Səhnəyə Nazpəri Dostəliyevanın geyimlərində çıxası deyiləm ki...”
Azərbaycanın xalqı artisti Aygün Kazımova solo-konsertə hazırlaşır.
APA-nın məlumatına görə, bu gün keçirilən mətbuat konfransında A. Kazımova bildirib ki, konsert sentyabrın 5-də Yaşıl Teatr Bakı Konsert Kompleksində keçiriləcək. “Olduğum kimi” adlı solo-konsertin təşkilatçısı “PalSüd” şirkətidir.
A. Kazımova konsert proqramının əsasını 20 illik yaradıcılığı boyu ifa etdiyi hit mahnıların təşkil edəcəyini deyib: “Bu konsert mənə 20 il ərzində səhnədə yaşadığım hissləri bir daha yaşamaq imkanı verəcək. İki ay müddətində dayanmadan konsertə hazırlaşacağam. Layihə çərçivəsində ifa olunacaq mahnıların çoxu aranjemanı orijinal quruluşu qalmaq şərti ilə yalnız texniki tərəfdən yeniləcək. Müasir dizaynlı səhnə səs və işıq effektləri ilə bol olacaq. Konsertdə möhtəşəm şou təqdim edəcəyəm. Əsl xalq artisti olduğumu sübut etməyə çalışacağam”.
Xalq artisti səhnədə oxuduğu mahnılara uyğun rəqs nömrələri ilə çıxış edəcəyini də bildirib: “Sözsüz ki, bu konsertdə öz geyimlərimlə çıxacağam, Nazpəri Dostəliyevanın geyimlərində çıxası deyiləm ki... Məhz Nazpəri Dostəliyevanın adını ona görə çəkdim ki, uşaqlıqdan onun fanatıyam. Konsertdə, əsasən ağ geyimlərdən istifadə edəcəyəm”.
“PalSüd”ün siması seçildiyini deyən müğənni bundan sonra daha çox ağ geyimlərə üstünlük verəcəyini bildirib.
Tədbirdə çıxış edən “PalSüd” şirkətinin rəhbəri Paşa Paşayev isə deyib ki, A. Kazımova sözügedən brendin ömürlük siması olacaq: “Aygün Kazımova ilə əməkdaşlığımız sonadək davam etdiriləcək. Konsertə biletlər satılmayacaq. Bütün süd sevərlər biletləri əldə etmək şansını iki ay ərzində “PalSüd”ün keçirdiyi “Südlü hədiyyələr” kampaniyası zamanı qazanacaqlar. Aygün Kazımovanın konsertinə bilet qazanmaq üçün iki ədəd “PalSüd” südü almaq lazımdır. İki ədəd “PalSüd” almış müştəri dərhal mağazada ona hədiyyə qazandıran kupona sahib olacaq, bununla da, “Südlü hədiyyələr” lotereyasının iştirakçısına çevriləcək. Xüsusi nömrələnmiş kupon vasitəsilə alıcı Aygün Kazımovanın konsertinə 1500 bilet və digər hədiyyələr qazana biləcək”.
P. Paşayev onu da vurğulayıb ki, lotereyada bütün biletlər uduşludur və A. Kazımovanın konsertində iştirak edib-etməməsindən asılı olmayaraq, hər bir lotereya sahibinin kuponu sentyabrın 5-də Yaşıl Teatrda konsertdə təşkil olunacaq super oyunda iştirak edəcək. Super oyunda 1 ədəd noutbook, 1 ədəd Ev Kinoteatrı, 1 ədəd iki nəfərlik Bodruma səyahət və 1 ədəd avtomobil (Hyundai I-10) oynanacaq.
“Südlü hədiyyələr” lotereyası iyulun 10-dan sentyabrın 4-dək oynanacaq.

Oxşar yazılar

Məşhur aktrisa Afra Saraçoğludan YENİ POZALAR
30 aprel 2025 , 11:52
Tatlısəsin dodaq uçuqladan SƏRVƏTİ - Saymaqla BİTMİR
29 aprel 2025 , 15:50
20 milyonluq malikanə əldən çıxır – Məşhurlar boşanır
29 aprel 2025 , 14:54
Aybəniz Haşımovanı aldadıb pulunu alanlar tapıldı
29 aprel 2025 , 13:58
Üç ayrı kişidən, üç uşağı var - Məşhur ulduz analıq dərsi verir
29 aprel 2025 , 10:14
Məşhur aktrisanın 25 ildir pişikləri ilə yaşadığı lüks evi
28 aprel 2025 , 18:52Heç Rəşad Dağlını azadlıqda belə sevmirdilər - REPLİKA
28 aprel 2025 , 17:14