Aysel Teymurzadə: “Tarkanla duetim olsa, çox sevinərəm”
Gənc sənətçi hələ ki, sevgilisi olmadığını bildirib
“Eurovision” mahnı müsabiqəsinin ardınca “TRT”dən aldığı təkliflə Çeşməyə gələn Aysel Teymurzadə “Radisson Blu Resort & Spa Otel”ində mətbuat konfransı keçirib. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Aysel media təmsilçilərinə özü barədə geniş informasiya verib.
Dörd yaşında mahnı oxumağa başladığını bildirən Aysel, musiqi təhsilinin ardınca “Yeni Ulduz” musiqi yarışmasında iştirakçı olduğunu da deyib.
Aysel “Eurovision”dan sonra həyatının bir anda dəyişdiyini, bunu karyerasının başlanğıcı olaraq gördüyünü söyləyib: “Ölkəmdə prezident və xanımı ilə görüşdüm. Üçüncü olmağımız məni olduqca xoşbəxt etdi. İnsanların mənə olan heyranlığı çox xoşuma gəlir. Türkiyəyə ilk dəfədir gəlirəm. Tarkan, Kənan Doğulu, Rafət El Roman və Ebru Gündeşi çox bəyənirəm. Dünya musiqiçiləri arasında Maykl Cekson, Uitni Hyuston, Meray Kerri və Beyonsu dinləyirəm. Türkiyədə Tarkanla bir duetim olsaydı, çox sevinərdim. Bir millət, iki dövlətik. Türk insanını çox sevdim. Bura tez-tez gəlmək istəyirəm”.
Ailəsini çox sevdiyini deyə Aysel, sevgilisi olmadığını da açıqlayıb.
Lalə Yusifqızı

Oxşar yazılar

Məşhur aktrisa Afra Saraçoğludan YENİ POZALAR
30 aprel 2025 , 11:52
Tatlısəsin dodaq uçuqladan SƏRVƏTİ - Saymaqla BİTMİR
29 aprel 2025 , 15:50
20 milyonluq malikanə əldən çıxır – Məşhurlar boşanır
29 aprel 2025 , 14:54
Aybəniz Haşımovanı aldadıb pulunu alanlar tapıldı
29 aprel 2025 , 13:58
Üç ayrı kişidən, üç uşağı var - Məşhur ulduz analıq dərsi verir
29 aprel 2025 , 10:14
Məşhur aktrisanın 25 ildir pişikləri ilə yaşadığı lüks evi
28 aprel 2025 , 18:52Heç Rəşad Dağlını azadlıqda belə sevmirdilər - REPLİKA
28 aprel 2025 , 17:14