Sənətçilərimiz yay istirahəti planlarını açıqladılar - SORĞU
Yayın gəlişi ilə işgüzar insanların, eləcə də sənət adamlarının iş fəaliyyətində müəyyən fasilələr yaranıb. İlin üç fəslini qızğın iş qrafikində olan insanlar təbiidir ki, istirahət etmək barəsində düşünməyə başlayıb. Lent.az məşhurların harada və necə istirahət edəcəyi ilə bağlı sorğu aparıb.
Xalq artisti İlhamə Quliyeva bütöv yayı istirahət etməyi düşünür: “Bu yay istirahət məkanım bağ evi olacaq. Bir müddət Moskvada Kremlin Barvixa sanatoriyasında dincəldim. Ara-sıra avtomobillə səfərlərim olacaq. Mən belə gəzintiləri çox sevirəm”.
Röya Ayxan isə hamilə olduğu üçün bu yay Mərdəkanda bağ evində dincələcəyini açıqlayıb.
Xalq artisti Məleykə Əsədova hələik səfərdə olduğu üçün istirahət haqqında düşünmədiyini deyib.
Mətanət İsgəndərli isə yayda harada və necə istirahət edəcəyini planlaşdırmayıb: “Hələlik başım qarışıqdır. Vaxt tapan kimi istirahət haqqında da düşünəcəm”.
Xalq artisti Alim Qasımov isə qastrol səfərlərindən vaxt tapan kimi özünə 20 günlük istirahət vaxtı ayıracaq. Qasımovun istirahət etdiyi məkan öz evi olacaq: “Səfər vaxtı bir-iki gün də olsa, imkan edib dincəlirəm, lakin mənim istirahət yerim öz evimdir, inşallah, vaxt tapıb öz evimdə 20 gün dincələcəm”.
Müğənni Azərin bütün yayı işləyəcək: “Bizim görüləcək işlərimiz çoxdur, ona görə istirahət barəsində düşünə bilmərik”.
Manana işləri çox olduğu üçün avqust ayında tətilə yollanacaq. Müğənninin istirahət etdiyi məkan vaxtilə görüb sevdiyi və həyat yoldaşı ilə ailə qurduğu yer - Qara dənizin sahili olacaq.
Xalq artisti Nazpəri Dostəliyeva bu yay Novxanıdakı villasında istirahət edəcək: “Ara-sıra layihələrimlə bağlı xarici ölkələrə səfərlərim olacaq. O vaxt bir-iki gün də istirahət üçün vaxt ayıracam”.
Skripkaçı Maestro Ceyhun isə artıq istirəhətdədir: “Mən artıq Sumqayıtda bağ evimdə dincəlirəm. Sentyabr ayına kimi istirahət etməyi planlaşdırıram. İki xarici ölkəyə səfərim olacaq, hansı ölkəyə gedəcəyim barədə qərarlaşa bilmirəm. Bundan başqa, Azərbaycanın gəzməli, görməli regionlarına da səfər edəcəm”.
Müğənni Zamiq yenicə Dubay səfərindən qayıdıb: “Səfərə istirahət məqsədi ilə getmişdim. Ara-sıra işlərimi görüb, yenə istirahət edəcəm. Hələlik növbəti dəfə hara gedəcəyimi müəyyənləşdirməmişəm”.
Əməkdar artist Tünzalə Ağayeva bu yay işlərini bir kənara qoyub istirahət etmək haqqında fikirləşmir: “Yaxın vaxtlarda İsrailə, Türkiyəyə işlə bağlı səfərlərim olacaq. İşarası fürsət edib bir balaca dincələcəm. Avuqst ayında albom hazırlıqlarına başlayacağım üçün istirahət barəsində düşünmürəm”.
Lalə Yusifqızı

854