ABBA qrupu Bakıya gəlir
10 iyun 2009 10:15 (UTC +04:00)

ABBA qrupu Bakıya gəlir

İsveçin populyar ABBA qrupunun davamçıları, “ABBA Show” adı altında fəaliyyət göstərən qrup Bakıda konsert proqramı ilə çıxış edəcək.

Konsertin təşkilatçısı “ART Community”nin rəhbəri Elman Sidqiyayevin APA-ya verdiyi məlumatına görə, qrupun Bakıdakı konsertinin iyulun 15-də açıq hava atında Yaşıl Teatr Bakı Konsert Kompleksində keçirilməsi planlaşdırılır. E. Sidqiyayev bildirib ki, əfsanəvi ABBA qrupu Bakıya 16 nəfərlik heyətlə gələcək.

Qrup üzvləri konsertdə iki saatdan artıq canlı ifaları ilə bakılı tamaşaçıları sevindirəcək.

Konsertin biletlərinin qiyməti isə 40-120 manat arasındadır.

Qeyd edək ki, əfsanəvi ABBA qrupu üzvlərinin rəhbərliyi altında fəaliyyət göstərən bu qrupun bütün repertuarı məhz ABBA qrupunun repertuarından ibarətdir. Hazırda “ABBA Show” adı altında fəaliyyət göstərən yeganə qrupdur. Bu qrup əfsanəvi ABBA qrupunun davamçıları hesab olunurlar. Əfsanəvi ABBA qrupu fəaliyyətlərinə son qoyduqdan sonra qrupun davamçıları kimi yeni ABBA yaradıblar. E. Sidqiyayevin sözlərinə görə, bu qrupun iyunun 27-dən Hollivuda qastrol səfəri başlayır. Əfsanəvi ABBA-nın üzvlərinin yeni qrupun prodüseri kimi Bakıya gələcəkləri də gözlənilir.
# 1253

Oxşar yazılar