Azəri Günel: “Sürpriz hazırlayıram...” - MÜSAHİBƏ
Müğənni Azəri Günelin Lent.az-a eksklüziv müsahibəsi
- Günel, bu sizin Azərbaycanda ilk konsertiniz deyil. Lakin Heydər Əliyev adına Sarayda ilk dəfə çıxış edəcəksiniz. Səhv etmirəmsə, bu sizin türkdilli dövlətlərə qastrol səfəri çərçivəsində ilk konsertinizdir.
- Bilirsiniz ki, yenicə albomumu musiqisevərlərə təqdim etmişəm. İyun ayından etibarən turne çərçivəsində səfərlərim başlayır. İlk olaraq vətənim Azərbaycanda çıxış edəcəm.
Azərbaycandan Özbəkistan, Əfqanıstan və Qırğızıstanda verəcəyim konsertlər üçün böyük heyətlə hazırlıq içindəyəm.
Vaxtilə Özbəkistan və Qazaxıstanda da konsert vermişdim. İndi öz vətənimdə konsert verirəm. Azərbaycanlı qızınız olaraq hamınızı konsertə dəvət edirəm. Məni o gün, o məkanda – Heydər Əliyev adına Sarayda tək buraxmamağınızı xahiş edirəm. Dəstək olmağınız çox vacibdir. İnşallah, çox möhtəşəm konsert olacaq.
- Konsertdə tamaşaçılara nə vəd edirsiniz?
- Çox şey! Muğam ustadımız Arif Babayev orada olacaq, bir çox sənətçilərimiz dəvətlidir. Açığı, bu barədə geniş danışmaq istəmirəm. Sürpriz kimi məhz həmin gün insanlara təqdim etmək istəyirəm. Rəqslərimiz olacaq, məni Türkiyədən 17 nəfər musiqiçi, Azərbaycandan isə 25 nəfərlik ansambl müşayiət edəcək. Müxtəlif janrlarda musiqilər ifa edəcəm.
İllərdir Heydər Əliyev adına Sarayda konsert vermək arzusu ilə yaşayırdım. 11 ildir Türkiyədə yaşayıram. Bir neçə il öncə Heydər Əliyev adına İdman kompleksində verdiyim konsertdə pərəstişkarlarim məni tək buraxmamışdılar. O sevgini 5 iyunda Heydər Əliyev Sarayında da gözləyirəm.
- Daha əvvəl Heydər Əliyev adına Sarayda çıxışınız olub?
- 9 yaşımda “Pöhrə” uşaq müsabiqəsində iştirak edib, birincilik qazanmışdım. Məhz Heydər Əliyev adına Sarayda həmin mükafatı almışdım. Artıq 23 yaşındayam. İndi həmin Sarayda konsert vermək mənim üçün çox önəmlidir.
- Konsertə sənətçiləri də dəvət etdiyinizi qeyd etdiniz. Onlar kimlərdir?
- Bütün sənətçilər məni çox sevir. Mənə yaxın olan bütün müğənnilərə dəvət göndərmişəm. İndi onların adlarını açıqlamaq düzgün sayılmaz. Özləri konsertimdə iştirak etmək arzusunda olduqlarını deyiblər. Bu da təbii ki, mənim üçün çox sevindiricidir.
- Ekspromt duetlər gözlənilir?
- Təbii, ola bilər. Ustadım Arif Babayev gələcək. Bilirsiniz də, o həm qardaşımın, həm də mənim müəllimimdir. Qardaşımla duetim var, bir çox sürprizlər hazırlayıram, hamısı konsertin içində olacaq.
- Konsertdə qızıl paltar geyinəcəyiniz doğrudurmu?
- Vallah, həqiqətən də geyimim Türkiyənin ən məşhur müğənniləri Bülənd Ərsoy, Sibel Can, Seda Sayan – bütün ünlü sənətçilərlə işləyən məşhur modelyer Tanju Babacan tərəfindən hazırlanıb. Səhnəyə iki geyimlə çıxacam – bunlardan biri ağ, digəri isə qızılı rəngdədir. Qızılı rəngli geyimim xüsusi olaraq işlənib hazırlanıb. Qızılı dediyim geyim 8 kq ağırlığındadır. Par-par parıldayan, həqiqətən də qızıl suyuna batırılmış xüsusi metallarla hazırlanıb. Çox özəl, fərqli bir geyimdir. Geyimim məndən də ağırdır. O biri ağ paltarımın da xatirəsi mənim üçün əzizdir. Çünki vaxtilə uşaq ikən mən bu saraya ağ geyimdə çıxmışdım. Və iyunun 5-də məhz ağ rəngli geyimdə səhnədə olmaq istədim. İndi də o ağlığın, saflığın, təmizliyin davam etməsini istədim.
- Zaman-zaman Azərbaycanda fəaliyyət göstərən sənətçilərlə qarşılıqsız qarşıdurmalarınız oldu. Bu gün o gərginlik davam edir?
- Hamısı geridə qaldı. 2001-ci ildə olan hadisə mənim xatirimdən silinib. İnsanlar böyüyür, fikirlər dəyişir. Böyüklərimizə hər zaman hörmətlə yanaşmalıyıq. Ürəyimdə onlara qarşı kin yoxdur. Bir-birimizə hörmət etməliyik. Düşünürəm ki, ən gözəli budur. Artıq qalmaqallara girmirəm.
- Müxtəlif stillərdə oxumusunuz. Həm pop janrında, həm muğam, həm xalq mahnıları. Bu konsertdə hansı auditoriyanı nəzərdə tutmusunuz?
- Hər şeydən doyacaqlar. Həm pop var, həm Türk sənət musiqisi var, həm mahnı janrı var, həm xalq mahnıları var. Müxtəlif janrlarda oxuya bildiyim üçün özümü şanslı hesab edirəm.
- Türkiyə mətbuatı konsertdə 4 saatlıq proqramla çıxış edəcəyinizi yazıb.
- Türkiyə mətbuatı Güneli yaxşı tanıdığına görə 4 saatlıq proqramla konsert verəcəyini yazıb. Təbii ki, 4 saat ərzində tamaşaçılara “oturun, məni dinləyin”, demək olmaz. Digər tərəfdən, tamaşaçı Güneli hansı vaxta qədər səhnədə görmək istərsə, Günel də o vaxta qədər hazırdır. Çox gözəl işıq effektləri olacaq. Lazer şouları var. Səs sistemləri quraşdırılacaq.
- İbrahim Tatlısəsi konsertə gələcək?
- Mən dəvət etdim. Bilirəm ki, İbrahim bəyin bu ərəfədə işləri çoxdur. Lakin o da İbrahim Tatlısəsdir. Onun nə vaxt harada nə edəcəyi bilinmir. Düşünürəm ki, gələ bilər.
- Hansı daha məsuliyyətlidir: Azərbaycan, yoxsa Türkiyə səhnəsi?
- Ulu öndərimiz Heydər Əliyev tez-tez “Bir millət, iki dövlət” şüarını işlədirdi. Mən bu sözləri həmişə diqqətimdə saxlayıram. Azərbaycan mənim hər şeyimdir. Əslində iki ölkə - Azərbaycan və Türkiyə mədəniyyəti arasında körpü yaradıram. Bu, çox böyük bir məsuliyyətdir. İki dövlət arasında bir dönəm yaşanan kiçik incikliyi sənətlə unutdurmaq, könüllərə sərinlik gətirmək arzusundayam.
- Azərbaycan və Türkiyə arasında ötəri soyuqluq yarandığı dövrlərdə həm Azərbaycana, həm də Türkiyəyə aid olan Günel hansı hissləri yaşadı?
- Mən o qədər də hiss edə bilmədim. İki ay burada qaldım. Həm nənəm xəstə idi, həm də bir az problemlərim var idi. Məndən soruşdular ki, buna görə Azərbaycanda qalmısan? Qətiyyən. Çünki mən belə bir polemikaya qarışmaq niyyətində deyiləm. Necə ki biz iki dövlət, bir millətik, heç vaxt belə bir şey ola bilməz. Mən belə bir şey hiss etmədim.
- Günel, sizi gələcək illərdə beynəlxalq müsabiqələrdə görmək olacaq?
- Təbii ki. Mənim hədəfim Azərbaycanı dünyada təmsil etməkdir. Bəzən mənə sual verirlər ki, “Eurovision”da Azərbaycanı, yoxsa Türkiyəni təmsil edərsən? Mənə elə gəlir ki, hər iki dövləti təmsil etməyə hazıram. Belə anlarda artıq sənət ortaya çıxır, mənim də bunun üçün kifayət qədər potensialım var. Səsimə güvəndiyim üçün insanların gözlərinin içinə baxa-baxa “mən gedə bilərəm” deməyə cəsarətim var. Çünki “Eurovision” Avropa ölkələri arasında olan müsabiqədir. Mən artıq Avropanı konsertlərimlə gəzdim, onlara yad deyiləm.
- Bir neçə gün öncə haqqınızda yazılan xoşagəlməz şayiələrə münasibətiniz necdir? Bu, konsert öncəsi təxribat ola bilərmi?
- Əlbəttə. Mən başa düşürəm, məni sevən də var, sevməyən də. Yaşımı, səsimi duruşumu, uğurlarımı qısqanan insanlar çoxdur. Nə deyə bilərəm, sadəcə, o insanları Allahın ədalətinə təhvil verə bilərəm, bir də bacardıqca daha gözəl uğurlara imza atıb, onları bu yolla susdura bilərəm. İnşallah utanacaqlar.
Lalə Yusifqızı

1807