Nura Səidə Sultanla duet oxuyacaq
Müğənni Nuranın yaradıcılığına dair yeni xəbərlər var. Bu barədə Lent.az-a məlumat verən müğənninin sözlərinə görə, hazırda sözləri Gülağa Tənhaya, musiqisi Aynur Adilqızına məxsus olan yeni bir mahnını lentə aldırıb. Həmin mahnıya klip çəkilməsi də nəzərdə tutulub.
İndiyə qədər rejissor Elxan Cəfərovla birgə çalışan Nura deyib: "Elxanın rejissor təxəyyülünü bəyənirəm. Bundan əvvəlki iki klipimi o ərsəyə gətirib. Ola bilsin, bu dəfə də ona müraciət edim. Ancaq rejissor seçimini sona saxlamışam. Mahnı hazır olduqdan sonra motivə uyğun olaraq rejissor seçimində qərar tutacam. Təbii ki, mahnı hazır olduqdan sonra onu dinləyib qərar verəcəm. Azərbaycan klipmeykerləri arasında Aqil M. Quliyev, Fuad Əlişov və Ülviyyə Könülün işləri də çox xoşuma gəlir. Onların hərəsinin öz üslubu var. Klipmeyker kimi hər birinin klipə yanaşmaq, rejissor təxəyyülü fərqlidir. Ona görə də mahnı hazır olduqdan sonra tam qərar verəcəm ki, yeni klipimi kimə çəkdirim".
Nura bəstəkar Nazimlə birgə layihələr üzərində çalışdığını da deyib: "ETA Prodakşn"ın ərsəyə gətirəcəyi bu mahnıda balabandan da istifadə olunacaq. Mahnı "Müxalif" üstündə yazıldığından müğənnidən daha böyük məsuliyyət tələb edir. İndiyə qədər "Bayatı-Şiraz", "Çahargah" üzərində yazılan mahnıları ifa etsəm də, ilk dəfə "Müxalif" oxuyacam”.
İfaçı Emin Kərimi ilə də işbirliyinə başlayıb: “Emin Kərimi mənə yeni bir mahnı hədiyyə edib. Bu yeniliyin böyük səs-küy yaradacağına şübhəmiz yoxdur”. Nura bu mahnını duet şəklində ifa etməyi nəzərdə tutub. Nuranın duet ortağı isə Səidə Sultan olacaq: “Tünzalə Ağayeva ilə Samiranın duetlərini dinləyəndə xüsusi zövq alıram. Əminəm ki, Səidə Sultanla birgə ifa edəcəyimiz duet uğurlu alınacaq. Bu duet-parçanı əvvəlcə Natəvan Həbibi ilə oxumalı idim, sonda isə Səidə Sultanın üzərində dayandim”.
Lalə Yusifqızı

911