Azərbaycanlı iş adamından Meray Keriyə 100 min dollarlıq üzük
Müğənni “Mardan Palace”ın açılışında 4 mahnı üçün 1,5 milyon dollar alıb
Rusiyada yaşayan azərbaycanlı iş adamı Telman İsmayılovun ailəsi tanınmış müğənni Meray Keriyə 100 min dollarlıq üzük hədiyyə edib.
Lent.az-ın məlumatına görə, bunu iş adamının Antalyada tikdirdiyi 7 ulduzlu otelin açılışında çıxış edən müğənninin özü deyib. Açılışda 4 mahnı oxuyan və bunun üçün 1,5 milyon dollar alan Keri çıxışı zamanı barmağındakı kəpənək şəklindəki üzüyü tamaşaçılara göstərib, “bunu mənə İsmayılovun ailəsi hədiyyə edib”, - deyə əlavə edib. Üzüyün qiymətinin 100 min dollar olduğu bildirilir.
Qeyd edək, açılışda Meray Keri ilə bərabər bir çox Hollivud ulduzu da iştirak edib.

912