Araş: “Bu qələbəni yalnız Aysellə qazana bilərdim”
Aysel geyiminin kim tərəfindən hazırlandığını açıqladı
Bu gün “Eurovision-2009” mahnı müsabiqəsinin üçüncüsü olan Aysel və Araş mətbuat konfransı keçirib. Lent.az-ın məlumatına görə, konfransa vaxtından bir qədər gec qatılan iştirakçılar səhər televiziya verilişində olduqları və daha sonra medianın önünə səliqəli formada çıxmaq istədikləri üçün gecikdiklərini deyib.
Aysel çalışdıqları komandanın böyük olduğunu, müsabiqəyə isveç xoreoqrafı ilə birgə hazırlaşdıqlarını bildirib.
Araş jurnalistlərin ünvanladığı “Ayseldən başqa hansısa tərəfdaşla bu qalibiyyəti qazana blərdinizmi?”, - sualına belə cavab verib: “Təkcə Aysellə bu qalibiyyəti əldə edə bilərdim”.
Aysel müsabiqədən əvvəl onu tənqid atəşinə tutan şəxslərin indi yəqin ki, nəticəyə baxıb utandıqlarını deyib.
Araş məhz xalq səsverməsinin onları uğurlu nailiyyətə çatdırdığını deyib: “Münsiflər heyəti bizə az səs versə də, Avropa xalqlarından ciddi dəstək aldıq”.
Konfransda Ayselin geyimi də müzakirə olunub. Müğənni deyib ki, onun geyiminin müəllifi İsveç kral ailəsinin geyimini hazırlayan modelyerdir.
Araş Gənclər və İdman Naziri Azad Rəhimovun müsabiqədən sonra yaxınlaşıb təşəkkür etdiyini və “artıq dincəlmək vaxtıdır, dincəlin” söylədiyini açıqlayıb.
Təmsilçilərimiz “Always” mahnısını canlı olaraq medianın önündə ifa ediblər.
Lalə Yusifqızı

Oxşar yazılar

Tatlısəsin dodaq uçuqladan SƏRVƏTİ - Saymaqla BİTMİR
29 aprel 2025 , 15:50
20 milyonluq malikanə əldən çıxır – Məşhurlar boşanır
29 aprel 2025 , 14:54
Aybəniz Haşımovanı aldadıb pulunu alanlar tapıldı
29 aprel 2025 , 13:58
Üç ayrı kişidən, üç uşağı var - Məşhur ulduz analıq dərsi verir
29 aprel 2025 , 10:14
Məşhur aktrisanın 25 ildir pişikləri ilə yaşadığı lüks evi
28 aprel 2025 , 18:52Heç Rəşad Dağlını azadlıqda belə sevmirdilər - REPLİKA
28 aprel 2025 , 17:14
Məşhur komediya ustası Peker Açıkala xəstəxanalıq oldu
28 aprel 2025 , 16:18